Madrid “Real”ının futbolçusu Antonio Rüdigerlə Həbib Nurməhəmmədov arasında maraqlı dialoq baş verib. Ulduz idmançılar sosial şəbəkələrdə bir-birinə söz atıblar.

Almaniya millisinin üzvü məşhurkeçmiş MMA ustasının futbol oynadığı şəklin altında belə yazıb: “Gəl təkbətək oynayaq, qardaşım”.

Həbibin cavabı isə çox maraqlı olub: “Təkbətək futbol olmur. Bu artıq MMA-dır. Ehtiyatlı ol!”.

Əlavə edək ki, dostlar arasındakı söhbətə “Real”ın digər ulduzu, İngiltərə millisinin üzvü Cud Bellingem də qoşulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp