Yos Ferstappen və “Red Bull Racing”in rəhbəri Kristian Horner arasında çox gərgin münasibətlərin olduğu artıq sirr deyil. Üçqat dünya çempionu Maks Ferstappenin atası uzun müddətdir ki, komanda rəhbərliyini tənqid edir. Avropanın qabaqcıl avtoidman nəşrləri də onun sözlərindən məmnunluqla sitatlar gətirir.
Almaniyanın “Inside-F1” nəşrinin məlumatına görə, Azərbaycandakı uğursuz yarışdan sonra Maksın atası “Mercedes” komandasının rəhbəri Toto Volfla oğlunun 2026-cı ildəki müqaviləsi ilə bağlı şifahi razılığa gəlib. Məlumata görə tərəflər “əl sıxıblar”.
Xatırladaq ki, Maksın “Red Bull” ilə müqaviləsi 2028-ci ilə qədərdir. Lakin müəyyən bəndlərə görə, o, vaxtından əvvəl sözləşməyə xitam verə bilər.