Azərbaycan millisinin üzvü Renat Dadaşovla Həsən Nəzərovun çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi “Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.

Yerli mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp