Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyonun yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Marsel “Olimpik”i klubu ilə anlaşıb.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. Rabyo Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.

Rabyo ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 31 oyun keçirib, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp