“Tam sağlam şəkildə komandam ilə məşq edirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında ötən tur “Araz-Naxçıvan”la oyunda zədələnən “Kəpəz”in futbolçusu Yeqor Xvalko deyib.

Rəqiblə toqquşmadan sonra əvəzlənən və təcili xəstəxanaya aparılan kapitan hər şeyin qaydasında olduğunu bildirib: “Hər şey qaydasındadır. Tam sağlam şəkildə komandam ilə məşq edirəm. Gələn tur “Şamaxı” ilə qarşılaşacağıq və həmin oyuna hazırlaşacam. Ümid edirəm ki, oynayaram. Lakin son olaraq kimin oynayacağına məşqçi qərar verəcək”.

“Kəpəz”dən ayrılacağı iddia edilen Xvalko bu haqda heç bir məlumatı olmadığını, ilk dəfə eşitdiyini söyləyib: “Komandadan ayrılmaq ehtimalım yoxdur. Bu haqda ilk dəfədir eşidirəm. Doğru xəbərlər deyil”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp