Türkiyənin “Hatayspor” klubunda çıxış edən Renat Dadaşov yenidən Azərbaycan millisinə çağırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Bildirilib ki, klubun 5 futbolçusu oktyabrda keçiriləcək rəsmi oyunlar üçün yığma komandasına çağırılıb ki, bunlardan biri də Renat Dadaşovdur. 25 yaşlı forvard UEFA Millətlər Liqasının növbəti turları çərçivəsində Estoniya və Slovakiya ilə oyunların iştirak ərizəsində yer alacaq.

Qeyd edək ki, oktyabrın 11-də Estoniyanın qonağı olacaq millimiz bundan üç gün sonra Bakıda Slovakiyanı qəbul edəcək. Millimizin baş məşqçisi Fernandu Santuş hələlik heyəti açıqlamayıb, amma güman ki, legionerlərə dəvət daha erkən göndərildiyindən, Renatın klubunda da bundan məlumatlıdırlar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp