“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Tottenhem”də baş məşqçi Ange Postekoqlunun aqibəti müəyyənləşib.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi yunanıstanlı mütəxəssisi istefaya göndərməyə tələsmir.

London təmsilçisi Postekoqlunun rəhbərliyi altında bir müddətdir Premyer Liqada uğursuz nəticələr göstərdiyindən, yerli KİV onun postunun laxladığı barədə məlumat dərc etmişdi. Lakin klubun İdarə Heyətindən tanınmış insayder Fabritsio Romanoya açıqlamada çalışdırıcıya güvənməkdə davam edəcəkləri bildirilib.

Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının ilk turu çərçivəsində sentyabrın 26-da “Qarabağ”ı qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp