Bakıda Serxio Peres podiuma çıxmağa yaxın olsa da, finişə üç dövrə qalmış baş verən qəza “Red Bull Racing” komandasının meksikalı sürücüsü və Karlos Saynsı yarışdan kənarda qoydu.

Formula 1 üzrə Azərbaycan qran-prisinin stüardları qəzaya görə pilotların heç birinə sanksiya tətbiq etmədi. Amma “Red Bull” komandasının məsləhətçisi Helmut Markonun qəzayla bağlı fikri tamamilə fərqlidir.

“Saynsın qəfildən sola doğru hərəkət etdiyini gördüm, bu da qəzaya səbəb oldu. Düşünmürəm ki, yarışın bitməsinə bir neçə dövrə qalmış belə şeyləri etməyə ehtiyac var.

Peres döngədən daha yaxşı çıxdı. İki belə təcrübəli pilotun başına bu cür hadisə gələ bilməz. Buna görə çoxlu xal itirdik. Sinqapurda biz daha çətin problemləri həll etməli olacağıq. Serxionun avtomobilini bərpa etməliyik. Sinqapur trassındakı ilk məşqdə təsnifat və yarışa planlaşdırdığımız kimi hazırlaşmaq mümkün olmayacaq və bu, çox ciddi maneələr yaradacaq”, – deyə Marko “Sky Deutschland”a müsahibədə qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp