Karlo Ançelotti “Ştutqart” üzərində qələbəni dəyərləndirib. “Real”ın baş məşqçisi Çempionlar Liqasının lk turunda evdə qazanılan 3:1 hesablı nəticənin asan başa gəlmədiyini bildirib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis özlərini çətinə saldıqlarını deyib: “Bu yarışda 200 oyuna çıxmışam və hələ hansısa rahat matç xatırlamıram. Mövsümün startında ən yaxşı oyununuzu göstərməyəndə belə sıxıntılar olur. İkinci hissənin startında hesabı açdıq və fərqi artırmaq üçün şanslarımız oldu. Bunu bacarmadıq, rəqib fərqləndi və işimiz çətinləşdi. Amma yekunda qələbəni təmin etmək üçün özümüzdə güc tapdıq”.

Ançelotti bu səviyyəli matçlarda 90 dəqiqə üstüün futbol oynamağın mümkünsüzlüyünü deyib: “Daim üstün olmaq mümkün deyil, “Ştutqart” topla əla rəftar edir. Bizim üçün çətin idi, almanlarla mübarizədə topu çox itirdik. Lakin önəmli olan qələbə idi və onu əldə etdik”.

Məşqçi Kilian Mbappeni də tərifləyb: “Çox əla oyunçudur. Dayanmadan çalışır və ondan çox məmnunuq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp