MBA liqanın genişləndirilməsi ilə bağlı müzakirələri müvəqqəti olaraq təxirə salıb. ESPN-in məlumatına görə, ertələnmənin səbəbi “Boston Seltiks”in davam edən satış prosesidir.

MBA komissioneri Adam Silver liqa idarə heyətinə yeni komandaların əlavə edilməsi ilə bağlı danışıqların 2024/25 mövsümü ərzində aparılacağını söyləyib. Liqada son olaraq keçən il “Finiks Sans” klubu 4 milyard dollara satılmışdı. Boston klubunun daha artıq qiymətə və rekord məbləğə satılacağı gözlənilir.

Gecikməyə baxmayaraq, liqanın genişlənmədən 10 milyard dollardan çox gəlir əldə edə biləcəyi güman edilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp