Ənənəvi olaraq keçmiş Formula 1 sürücüsü Colion Palmer son mərhələdəki hadisələrlə bağlı fikirlərini bildirib.

O, ilk növbədə qələbə qazanan Oskar Piastriyə təriflər yağdırıb: “Heç şübhəsiz ki, Bakı yarışından əvvəl “Maklaren” düşərgəsində lider və ikinci pilot bölgüsü haqda yayılan xəbərlər idi. Lando Norrisin çempionluğa şansı olduğuna görə komanda məhz onun üçün işləyəcəyini bildirmişdi.

Xüsusilə də Monzadakı hadisələrdən sonra komandaya xeyli tənqidlər olmuşdu. Bunun da əsas səbəbi “Maklaren”in qələbəni əldən verməsi idi. Lakin Bakıda komanda taktikasına ehtiyac qalmadı. Lando Norrisin təsnifatda zəif çıxışı, Oskarın isə performansı komanda rəhbərlərinin yarışın gedişatına qarışmasının qarşısını aldı.

Gənc Piastrinin Bakıdakı yarışını yalnız alqışlamaq olar. O burada möhkəmlik imtahanını ləyaqətlə verə bildi. Yarış zamanı bəlkə də, ən əsas olan Oskarın Şarl Lekleri ötməsi deyildi. Ən vacib məqam onun 30 dövrə hücumlardan necə müdafiə olunması idi”.

Shares: