Beynəlxalq Test Agentliyi (ITA) Paris Olimpiadasında sınaqların rekord sayda olduğunu bəyan edib. İyulun 26-dan avqustun 11-dək baş tutan yarışlar zamanı Beynəlxalq Test Agentliyi ümumilikdə 4150 nəfəri və ya iştirakçıların 38,75%-də yoxlama aparıb.

Belə yüksək test göstəricisi ilk dəfədir ki, əldə olunub. Bu, 2021-ci ildə Tokioda keçirilən Olimpiada ilə müqayisədə 4%, 2016-cı ildə Rio-de-Janeyroda təşkil edilən Olimpiya Oyunları ilə müqayisədə isə 10% çoxdur.

Parisdə nümunələr ən çox ABŞ, Fransa, Çin, Avstraliya və Böyük Britaniyadan olan idmançılardan alınıb. Atletika, su idmanı, velosiped idmanı, avarçəkmə və güləş idman növləri üzrə ən çox dopinq testləri götürülüb.

Götürülmüş nümunələrin nəticələrinə əsasən beş antidopinq qayda pozuntusu müəyyən edilib.

9a96e417 f331 4019 8dc8 0f6bf7d53a84 - Futbolinfo.az
Shares: