16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Ərzurum şəhərində təşkil olunacaq “U-16 Türkdilli Ölkələr Turniri” üçün heyəti açıqlanıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə U-16 millimiz Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, millimiz Türkiyə səfəri öncəsi sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Milliyə dəvət olunan futbolçular bunlardı: Nurəziz Əzizov, Məhəmməd Qafarov (hər ikisi “Neftçi”), Murad Muradov (“Zirə”), Tunar Mehdiyev, Əli İsrafilov, Kamal Zülfüyev (hamısı “Sumqayıt”), Kəmaləddin Cəfərli, Polad Hüseynov, Amin Rzayev, Səid Nuriyev, Eldar Abbasov, Hüseyn Bayramov, Murad İbrahimli (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Toğrul Mehdizadə, Kamal Mustafazadə, Məhəmməd Mədətov, Emil Məmmədov, Nihat Şirinzadə, Renat Muştakov, Samir Şərifov, Nicat Kərimov (hamısı “Vətən”), Allahverdi Şirinov (“Qəbələ”).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp