İspaniyanın “Real” klubunun futbolçusu Kilian Mbappe üç həftə yaşıl meydanlardan uzaq qalacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Kral klubu” rəsmi saytında fransalı hücumçunun müayinədən keçdiyini açıqlayıb. 25 yaşlı hücumçunun sol ayağındakı budunda zədə aşkarlandığı bildirilib.

Mbappe La Liqanın 7-ci turunda “Alaves”lə (3:2) oyunda zədələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp