Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.

Sentyabrın 28-də saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp