“Tottenhem”in hücumçusu Dominik Solanke UEFA Avropa Liqasının 1-ci turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı forvard komandasının çıxışından məmnun qalıb.
Matçda son qolun müəllifi olan Solanke bunu seriya halına salmaq niyyətindədir: “Qələbə qazandığımız üçün çox sevindim. Komandamız sona qədər mübarizə apardı. 10 nəfərlə qaldığımız üçün çətin oyun ola bilərdi. Komanda ruhunu göstərdik. Ümid edirəm ki, özüm də qol vurmağa davam edəcəyəm”.
Qeyd edək ki, “Tottenhem” Londonda keçirilən görüşdə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. Turnirdə 2-ci turun oyunları oktyabrın 3-də keçiriləcək.