Futbol üzrə Albaniya çempionatında 7-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da növbəti matçına çıxıb.
Komanda evdə “Partizani” ilə qarşılaşıb və 0:2 hesabıyla uduzub.
Zamiq də bu oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub, 56-cı dəqiqədə sarı vərəqə alıb.
“Eqnatiya” hazırda 11 xalla 3-cü sırada qərarlaşıb.