Misli Premyer Liqasının 2024-25 mövsümündə 100-cü qol vurulub.
Futbolinfo.az saytının məlumatına görə, yubiley topu 8-ci turun son matçında qeydə alınıb. Belə ki, dünən keçirilən “Qarabağ” – “Sabah” qarşılaşmasının ikinci qolu cari mövsümün 100-cü qolu olub.
Yubiley topunun müəllifi “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə olub. Cari mövsüm çempionatda ümumi qol sayı 103-ə çatıb.
Qeyd edək ki, Misli Premyer Liqasında 9-cu turun oyunları 4-6 oktyabrda keçiriləcək.