“Böyük dəbilqə” yarışlarının 24 qat qalibi serb tennisçi Novak Cokoviç Çin səddi önündə şəkil çəkdirib. Fotonu “Lacoste” geyim şirkəti sosial şəbəkədə paylaşıb.

“Novak Cokoviç Böyük Çin Səddi üzərində. “Lacoste”nin təşəbbüsü ilə əfsanəvi görüş”, – deyə fotonun altında yazılıb.

Novak Cokoviç oktyabrın 2-dən 13-dək Çinin Şanxay şəhərində keçiriləcək “Masters” turnirində çıxış etməyi planlaşdırır. Serb sonuncu dəfə ABŞ-dəki yarışda iştirak edib. O, üçüncü mərhələdə avstraliyalı tennisçi Aleksey Popırinə uduzub.

Shares: