“Real”ın qapıçısı Tibo Kurtua zədələnib.

Futbolinfo.az xəbər veri ki, o, La Liqanın 8-ci turunda “Atletiko” ilə matçda sıradan çıxıb.

Madrid təmsilçisi 32 yaşlı qolkiperin zədəsi haqda açıqlama yayıb. Açıqlamada bildirilib:

“Real”ın tibbi xidmətlərinin bu gün keçirdiyi müayinələrdən sonra oyunçumuz Tibo Kurtuanın sol ayağından zədə aldığı müəyyən edilib. Onun vəziyyəti izlənəcək”.

Xatırladaq ki, sözügedən qarşılaşma zamanı meydan sahiblərinin azarkeşləri “Real”ın qapıçısı Tibo Kurtuaya yad əşyalar atıblar. Həmin vaxt oyun yarımçıq dayandırılıb. Azarkeşlərdən bir neçəsi qolkiperə hücum etmək istəyib. Mühafizə xidməti onlardan birinin üzərində bıçaq aşkarlayıb. Onlar azarkeşin Kurtuaya zərər verməsinin qarşısını alıblar.20 dəqiqəlik fasilədən sonra matç davam etdirilib.

Shares: