İspaniyanın “Atletiko” (Madrid) komandası azarkeşlərin üzlərini gizlədə biləcək geyimlə stadiona daxil olmasını qadağan edəcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqanın 8-ci turunda doğma meydanda “Real”ı (Madrid) qəbul edən “Atletiko”nun üzlərini gizlətmək üçün maska taxan bəzi azarkeşləri meydançaya yad əşyalar atıblar.

Bu səbəbdən stadiona gələn şəxslərin üzünün görünməsinə mane olan hər hansı geyimdən istifadəsinə qadağa qoyulacaq. Qaydanı pozan azarkeşlər stadiondan uzaqlaşdırılacaq.


“Atletiko” La Liqada 8 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp