Kayl Uolkerin xanımı Laurin Qudman şərt irəli sürüb. O, ərinə daha bir şans vermək fikrindədir. Amma şərti var.
Futbolinfo.az xəbər verir ki, ailə münasibətlərinin davamı üçün “Mançester Siti”nin cinah müdafiəçisi 18 milyon avro ödəməlidir. Yalnız bu halda Kayl sonuncu şansı qazanacaq.
Xanımı Uolkerin daha biri ilə münasibətdə və həmin şəxsdən 2 uşağı olduğunu öyrəndikdən sonra qalmaqal başlayıb. Anna ilə birgəliyə görə evdən qovulan Kaylın 4 övladı əlindən alına bilər. Bunu göz önünə gətirən futbolçu tələb olunan məbləğ ödəyərək xanımının boşanmaq üçün məhkəməyə müraciət etməsinin qarşısını almaq niyyətindədir.