Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveç milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yurgen Henn C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç millisinə qarşı Tallində baş tutacaq matçlara 16-sı legioner olmaqla 26 futbolçu dəvət edib.

Qapıçılar: Karl Yakob Hein (“Real Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Karol Mets (“Sankt Paulu, Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“GKS Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Mixail Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasiy Sinyavski (“Slovaçko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);

Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anier (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nomme Kalyu”), Robi Saarma (“Payde”).

Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Shares: