İsrail millisi təhlükəsizlik səbəblərini əsas tutaraq, növbəti ev oyunlarını Riqada (Latviya) keçirmək qərarına gəlib. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

İsrail millisi “EuroBasket 2025”in seçmə mərhələsi çərçivəsində Ukrayna millisi ilə iki görüş keçirməli olacaq: ilk oyun noyabrın 22-də, ikinci görüş isə noyabrın 25-də baş tutacaq. Hər iki oyunun Latviyanın paytaxtında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, hazırda Qəzza zolağında və Livanda hərbi əməliyyatlar səbəbindən həmin zonada beynəlxalq yarışlar keçirilmir.

Shares: