Yeni mövsümə hazırlığı davam etdirən “Ordu” basketbol komandası növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Əli Həsənov heyətə cəlb edilib.

Basketbolçunun sonuncu klubu “Xırdalan” komandası olub. Boyu 188 sm olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

“Ordu” klubu daha öncə Roki Blanko, Jamaure Qreqq, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Qriffin, İsah Pope, Səid İsmayılov, Əlibəy Məmmədli, Jaylen Tomas və Vladimir Markovetski ilə müqavilə bağlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp