Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilib.

Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında baş tutan rayon turnirində 44 iti zəka sahibi iştirak edib.

Tədbirin açılışında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şahmatçılara yarışın qaydaları izah olunub. Yarışın keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq və şahmat idman növünün rayonda populyarlaşmasından ibarətdir.

Gərgin və maraqlı anlarla yadda qalan turnirin yekunda I, II, III yerləri  tutan şahmatçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

BƏHRUZ MUSAYEV

9cf4da21 dbc2 40c8 8518 194b71e9ee96 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp