Milli Basketbol Assosiasiyasının əfsanəvi oyunçusu Maykl Cordan, sahibi olduğu “NASCAR 23XI Racing” komandası ilə birlikdə Helen qasırğasının nəticələrindən zərərçəkənlərə 1 milyon dollar ianə edib. Qasırğa ABŞ-ın cənub-şərqində geniş dağıntılara səbəb olub. Əksəriyyəti Şimali və Cənubi Karolinada yaşayan 100-dən çox insan həyatını itirib.

“Helen qasırğasının yaratdığı dağıntılardan sonra Maykl Cordan və “23XI Racing” evimiz olan Şimali Karolinaya yardım səyləri üçün 1 milyon dollar bağışlayır. Biz Şimali Karolina ştatının Fəlakətlərə Yardım Fonduna və SHM-ya hər biri 500,000 ABŞ dolları töhfə veririk. Maykl və “23XI Racing” Şimali Karolinaya dəhşətli nəticələri aradan qaldırmağa kömək etməyə və başqalarını da icmalarımızın bərpasına qoşulmağa təşviq etməyə sadiqdir”, – deyə bəyanatda deyilir.

Shares: