Argentinanın San-İsidro şəhərinin məhkəməsi əfsanəvi futbolçu Dieqo Maradonanın cənazəsinin Buenos-Ayresin mərkəzində tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib. Cəsədin köçürülməsi üçün icazəni Maradonanın qızları Dalma və Ciannina istəyib.

“Cəsədin köçürülməsi humanitar və emosional səbəblərdən tələb olunduğundan və qalıqların köçürülməsi onların təhlükəsizliyinə hər hansı bir şəkildə təhlükə törətmədiyi halda, qohumların və başqalarının gəlib başsağlığı bildirməsinə icazə vermək olduğundan, vəsatəti rədd etmək üçün heç bir əsas yoxdur”, – deyə məhkəmənin bəyanatında deyilir.

Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölüm səbəbi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı olub. Maradona Buenos-Ayresin ətrafında, ictimaiyyət üçün qapalı olan qəbiristanlıqda dəfn olunub. Futbolçunun cənazəsinin köçürülməsi planlaşdırılan məqbərənin tikintisi 2025-ci ildə başa çatdırılmalıdır.

Dieqo Maradona Argentina millisi ilə 1986-cı ildə dünya çempionudur. “Napoli”nin heyətində futbolçu iki dəfə İtaliya çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp