Estoniya yığmasının üzvü Vlasiy Sinyavskiyin futbolinfo.az saytına müsahibəsi
– Millətlər Liqasının 3-cü turunda Azərbaycana qarşı oynayacaqsız. Matç barədə düşüncələriniz necədir?
– Düşünürəm ki, bərabər oyun olacaq. Çünki hər iki komanda təxminən eyni səviyyədədir. Ona görə də bərabərsəviyyəli matç keçəcəyini fikirləşirəm.
– Evdə oynayacağınız üçün qələbə qazanmaq şansınızın çox olduğunu fikirləşirsiz?
– Bu barədə dəqiq nəsə deyə bilmərəm. Çünki hər şey meydanda həll olunur. 90 dəqiqə bitəndən sonra bu barədə danışmaq olar. Kimin daha güclü olduğunu meydanda görəcəyik.
– Ötən il Avropa çempionatının seçmə mərhələsində üz-üzə gəlmişdiniz. Evdə Azərbaycana uduzdunuz. Həmin matçı xatırlayırsız?
– Əlbəttə ki, həmin oyun yadımdadır. Evdə bu rəqibə 0:2 hesabı ilə uduzmuşduq. Amma artıq həmin oyun da, həmin oyunla bağlı hər şey də geridə qalıb. Biz artıq qarşıdakı matça baxmalıyıq.
– Həmin matçın intiqamını almaq barədə düşünürsünüz?
– Bu cür demək istəməzdim. Çünki doğru düşüncə deyil. Biz hər oyunda meydana yalnız qələbə üçün çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlmək istəyirik. Növbəti görüş də buna bənzər olacaq.
– İsveç və Slovakiyanı aşkar favorit saymaq olar? Estoniya və Azərbaycanın sürpriz şansı yoxdur?
– Düşünürəm ki, dediyiniz komandalar favoritdir. Onların bu qrupu lider kimi başa vurmaq şansı böyükdür.
– Azərbaycan yığmasının heyətindən hansısa oyunçu yadınızda qalıb? Məsələn, sizin üçün təhlükə yaradacaq futbolçu kimdir?
– Yox, bu barədə heç bir düşüncəm yoxdur və bilmirəm ki, kim daha təhlükəlidir.
FƏRİD