UEFA Avropa Liqasının 2-ci turunda İsveçin “Malmö” klubunu qəbul edəcək “Qarabağ” müdafiəçisi Mateus Silvanın xidmətindən məhrum olacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında məlumat verib. Çalışdırıcının sözlərinə görə, braziliyalı bir müddət komandadan ayrı qalacaq: “Mateus yəqin ki, bir neçə matçda bizimlə olmayacaq”.

Baş məşqçi monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin isə yeganə probleminin oyun praktikasından əziyyət çəkməsi olduğunu vurğulayıb: “Ümumi durumu pis deyil. Amma onunla bağlı hələ qərar verməmişik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp