“Kalyari”nin sabiq hücumçusu Andrea Kapone faciəli şəkildə vəfat edib. 43 yaşlı sabiq futbolçu oteldə başından dərin yara almış halda ölü tapılıb.
Futbolinfo.az xəbər verir ki, polislər və həkimlər Kaponenin infarkt nəticəsində dünyasını dəyişdiyini düşünür. Onun yaraları da qəfil yerə yıxıldıqdan sonra aldığı güman edilir.
Andrea bir gün öncə dostunun təşkil etdiyi şənlikdə iştirak edib və gecəni oteldə keçirib. Araşdırmalar davam edir.
Kapone “Kalyari” forması lə 123 matça çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.