“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib. Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.

37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro qiymətləndirilir.

Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.

Shares: