“Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur”.

Futbolinfo.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Belçikada yerli “Spiru” klubuna uduzduqları (81:82) FIBA Avropa Kubokunun G qrupunun ilk matçı ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis son anda qələbəni əldən verdiklərini bildirib:

“Qalib gələ bilərdik. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq”.

“Sabah” növbəti görüşünü oktyabrın 16-da Bakıda Yunanıstan təmsilçisi “Marussi”yə qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp