“Matçın bitməsinə son 2 dəqiqə qalmış 5 xal öndə olsaq da, səhvlərə yol verdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında basketbolçulardan ibarət “Sabah” klubunun oyunçusu Şirzad Şirzadov FIBA Avropa Kubokunda Belçikanın “Spiru” kollektivinə qarşı 82:81 hesabıyla bitən matç haqda danışarkən deyib.

O, qarşıdakı matçda əllərindən gələni edib, öz azarkeşlərimiz qarşısında qalib gəlməyə çalışacaqlarını bildirib: “Oyun çox gərgin keçdi. Son dəqiqəyə qədər başabaş mübarizə gedirdi. Matçın bitməsinə son 2 dəqiqə qalmış 5 xal öndə olsaq da, səhvlərə yol verdik. Buna görə də məğlub olduq. Düşünürəm ki, qalib gələ biləcəyimiz komanda idi. 6 gün sonra “Marussi”yə qarşı oynayacağıq. Daha çətin olacağını düşünürəm. Amma əlimizdən gələni edib, öz evimizdə, azarkeşlərimiz qarşısında qalib gəlməyə çalışacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp