Çinin Şanxay şəhərində tennis üzrə “Masters” seriyalı turnir sona yaxınlaşmaq üzrədir. Bu gün keçirilən oyunlardan sonra ilk yarımfinal cütlüyü müəyyənləşib.

İlk olaraq korta Yannik Sinnerlə Daniil Medvedev çıxıblar. İtaliyalı tennis iki setdə rahat qələbə qazanıb – 6:1, 6:4.

Dünya reytinqinin bir nömrəsinin rəqibi Alkaras – Maxaç görüşündə məlum olub. Bu oyun daha fərqli ssenari ilə keçib. Çex tennisçi məşhur rəqibindən geri qalmadığını nümayiş etdirib. İlk setdə o, tay-brekdə qələbə qazanıb – 7:6. İkinci setdə isə 6:4 qalib gəlib. Bununla da, Tomaş karyerasının ən önəmli qələbəsini əldə edib.

Turnirdə ikinci yarımfinal cütlüyü sabah məlum olacaq. Sinnerlə Maxaç oyunu isə şənbə günü səhər baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp