“Səhvlərimizi bilirik və onların üzərində işləyəcəyik”.

Futbolinfo.az xəbər verir ki, bunu “Lənkəran”ın basketbolçusu Rəşid Abbasov “Sərhədçi”yə uduzduqları (76:85) yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

20 yaşlı oyunçu qələbə qazanmağa yaxın olduqlarını bildirib:

“Sadəcə, uğursuzluqlar buna mane oldu. Bir neçə səhvə yol verdik və bu rəqibimizə önə keçmək şansı yaratdı. Məqsədimiz heç bir şəkildə dəyişmir və pley-offa çıxmaq üçün mübarizə aparacağıq”.

Bu, “Lənkəran”ın ikinci yoxlama matçı olub. Bundan əvvəl komanda “Naxçıvan”a 70:83 hesabı ilə uduzub.

Shares: