Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünə start verilib.

Futbolinfo.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyununda “Şahdağ Qusar” və “Kür-Araz” kollektivləri üz-üzə gəliblər.

Qarşılaşma Qusar klubunun qələbəsi ilə bitib – 3:1.

Beləliklə, “Şahdağ Qusar” II təsnifat mərhələsində “Araz-Naxçıvan”a rəqib olub.

Günün digər görüşündə “Şəfa” və “Saatlı-Araz” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. “ASK Arena”dakı oyun saat 16:30-da başlayacaq.

Azərbaycan kuboku
12 oktyabr

“Şahdağ Qusar” – “Kür-Araz” 3:1
Qollar: Famil Camalov, 73, 77, Emin Quliyev, 79 – Nodar Məmmədov, 8.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Mirnihat Seyidov, Rəsul Babayev.
Şamaxı OİK.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp