Roman Qriqorçukla yollarını ayıran “Neftçi” yeni baş məşqçi axtarışları zamanı bir çox mütəxəssislə təmas qurub.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ın siyahısına bu ölkədən olan Abdullah Avcı başçılıq edirmiş.
Təcrübəli mütəxəssislə görüşmək üçün “Neftçi” rəhbərliyi İstanbula səfər də edib. 61 yaşlı çalışdırıcı Azərbaycana köçməyə meyilli olsa da, Səudiyyə Ərəbistanından gələn təkliflər onun qəti qərar verməsini gecikdirib. Avcı ərəb ölkəsindəki variantları da nəzərdən keçirdikdən sonra yeni komandasını seçəcək.
Qeyd edək ki, Abdullah Avcı son olaraq bu ilin yayında “Trabzonspor”dan ayrılıb. “Neftçi” isə müxtəlif məşqçilərlə təmasda olub. Ən real namizəd olan Sergey Yakiroviçlə danışıqlar uğurlu nəticələnməyib, bu üzdən Samir Abasovun paytaxt klubuna dönüşü reallaşmaq üzrədir.