Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Slovakiyanı qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər qarşılaşma öncəsi qonaq komandanı favorit hesab edir. Hər iki komandanın son 10 oyundakı göstəriciləri nəzərə alınaraq, belə qənaətə gəlinib.
Həmin statistikaların bəzilərini diqqətinizə çatdırırıq:
Azərbaycan yığması son 10 oyunda
* 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət.
* Orta hesabla hər oyunda 6,2 cəhd və qapıya 3,1 zərbə olub.
* Orta hesabla 0,8 qol.
* Orta hesabla hər oyunda 48,3% topa sahib olma, 3,8 künc zərbəsi.
* Rəqiblər orta hesabla 13,2 cəhddə qapıya 5,5 zərbə vurublar.
* Millimiz orta hesabla hər matçda 2,1 qol buraxıb, rəqiblər hər oyunda 6,8 künc zərbəsi qazanıb.
Slovakiya yığması son 10 oyunda
* 6 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət
* Orta hesabla hər oyunda 11,4 cəhd və qapıya 4,7 zərbə olub.
* Orta hesabla 1,6 qol.
* Orta hesabla hər oyunda 50,6% topa sahib olma, 5,6 künc zərbəsi.
* Rəqiblər orta hesabla 9,2 cəhddə qapıya 3,7 zərbə vurublar.
* Slovakiya orta hesabla hər matçda 1,0 qol buraxıb.
Digər statistikalar
* Azərbaycan ardıcıl 3 oyunda məğlub olub.
* Slovakiya son 20 matçın 12-də qalib gəlib.
* Slovakiya son 20 görüşün 10-da 2 və ya daha çox qol vurub.
* Slovakiya son 3 qarşılaşmada uduzmayıb.
* Slovakiya son 20 oyunun 9-da qapısının toxunulmazlığını qoruyub.