“Qarabağ”ın futbolçusu Yassin Benzyanın çıxış etdiyi Əlcəzair millisi Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Futbolinfo.az xəbər verir ki, komanda 4-cü turda səfərdə Toqo ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Benzya da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 63-cü dəqiqədə Said Benrahma ilə əvəzlənib.
Əlcəzair yığması E qrupunda 12 xalla liderdir. Bu qələbə sayəsində komanda son 2 turun nəticələrindən asılı olmayaraq növbəti mərhələyə vəsiqəni təmin edib.