Millətlər Liqasının 4-cü turunda Şotlandiya ilə matç (0:0) Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo üçün əlamətdar olub. 39 yaşlı hücumçu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Bu, Ronaldonun millinin ilk “11-liy”inə daxil olduğu 200-cü oyun kimi qeydə alınıb.
Futbolçu Portuqaliya millisinin start heyətində ilk dəfə 2003-cü il oktyabrın 11-də Albaniya ilə yoldaşlıq oyununda (5:3) meydana çıxıb.
Ümumilikdə Ronaldo Portuqaliya millisi ilə bütün turnirlərdə 216 oyun keçirib, 133 qol vurub və 45 qolun ötürməsini verib. Həmçinin bu görüşlərdə hücumçu 31 sarı vərəqə alıb.