Lionel Messi karyerasını nə vaxt başa vuracağını dəqiqləşdirməyib. Argentina millisinin kapitanı bu barədə özü açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Boliviya ilə matçda (6:0) het-trik edib 2 məhsuldar ötürmə verən Messi davam etmək istəyir: “Gələcəyimlə bağlı hər hansı tarix verə bilməyəcəm. Futbolun dadını çıxarıram, karyeramı bitirməyə tələsmirəm”.

Leo evdə daha rahat oynadıqlarını deyib: “Argentinada olmaq, xalqın dəstəyini hiss etmək məni bir az da motivasiya edir. Amma onu da bilirəm ki, artıq yığmada son matçlarımdır”.

Shares: