UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri iTicket.az-ın satış məntəqələri, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp