“Atletiko” “Benfika”nın futbolçusu Kerem Aktürkoğlu ilə maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid klubu qış transfer dönəmində türkiyəli hücumçunu heyətinə qatmaq istəyir.

Kerem bu ilin yayında “Qalatasaray”dan “Benfika”ya keçib. O, Portuqaliya klubunda 5 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

Aktürkoğlu üçün Türkiyə klubuna 11 milyon avro ödəyən lissabonlular onu müqaviləsinə 30 milyonluq sərbəstqalma maddəsi daxil edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp