Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Six Kings” turnirinin ilk oyunları keçirilib. İtaliyalı Yannik Sinner bir həftə ərzində ardıcıl ikinci dəfə rusiyalı Daniil Medvedevi məğlubiyyətə uğradıb – 6:0, 6:3.

Digər oyunda Karlos Alkarasla Holger Rune üz-üzə gəlib. Bu oyun da iki setdə başa çatıb. İspaniyalı tennisçi rəqibini 6:4, 6:2 hesabları ilə məğlubiyyətə uğradıb.

Bununla da yarımfinalda ispan cütlüyü əmələ gəlib. Alkaras finala çıxmaq uğrunda görüşdə öz kumiri Rafael Nadalla qarşılaşacaq. Digər yarımfinal oyununda isə Sinnerlə Cokoviç görüşəcək.

Xatırladaq ki, turnirin qalibinə 6 milyon dollar mükafat təqdim ediləcək. Bu isə bütün tennis turnirləri arasında ən böyük mükafat deməkdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp