Qadın Tennis Assosiasiyası (WTA) noyabrın 2-dən 9-dək Səudiyyə Ərəbistanında keçiriləcək yekun turnirinin iştirakçılarının yekun siyahısını rəsmən təsdiqləyibb.

Turnirdə aşağıdakı idmançılar çıxış edəcək:

Arina Sabalenko (Belarus);

İqa Şvyontek (Polşa);

Kori Qauff (ABŞ);

Jasmin Paolini (İtaliya);

Yelena Rıbakina (Qazaxıstan);

Cessika Pequla (ABŞ);

Jenq Qingven (Çin);

Barbara Kreyçikova (Çexiya).

Qeyd edək ki, Kreyçikova və Rıbakina ikinci, Jeng və Paolini isə ilk dəfə Final Turnirinə vəsiqə qazanıblar. Turnirin son çempionu WTA reytinqinin hazırkı lideri, finalda amerikalı Pequlanı darmadağın edən (6:1, 6:0) polşalı İqa Şvyontekdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp