Kataloniya paytaxtında “Barselona” və “Monako” komandalarının qarşılaşması ilə Avroliqanın müntəzəm çempionatının 3-cü turu başa çatıb. Oyun 86:71 (26:18, 21:21, 24:15, 15:17) hesabı ilə meydan sahiblərinin xeyrinə bitib.

Qalib komandanın ən məhsuldar oyunçusu amerikalı müdafiəçi Kevin Panter olub. O, 21 xal toplayıb, 3 ribaund və 3 məhsuldar ötürmə edib. “Monako”nun heyətində ən məhsuldar oyunçu isə 13 xal, 1 ribaund və 7 məhsuldar ötürmə ilə müdafiəçi Eli Okobo olub.

Liqanın növbəti turunda “Barselona” səfərdə Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq. Görüş oktyabrın 18-də baş tutacaq. Həmin gün “Monako” doğma meydanda “BC Paris”i qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp