Uzunmüddətli cəzadan sonra futbola qayıtmağına icazə verilən Pol Poqba başına gələnlərdən danışıb. Fransalı yarımmüdafiəçi müsahibəsində karyerası ərzindəki müxtəlif anları vərəqləyib.

Futbolinfo.az xəbər verir ki, Poqba “Mançester Yunayted”də oynayarkən Joze Mourinyo ilə yaşadıqlarını da dilə gətirib: “Münasibətlərimiz sevgili olan oğlanla qızın münasibəti kimi idi. Tez-tez küsüb barışırdıq”.

Pol portuqaliyalı mütəxəssisdən narazı deyil: “Amma əla məşqçidr. Onunla işimiz əla başladı və davam etdi. Mançesterə qayıtmağımın əsas səbəblərindən bir Mourinyonun orada olması idi. Onunla danışdım və məni dönüşə razı saldı”.

Poqba çətin günlərin arxada qaldığını və tezliklə yaşıl meydanlara qayıdacağını bildirib. Amma o, harada oynayacağını hələ bilmədiyni, “Yuventus”dan isə mütləq ayrılacağını söyləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp