“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın “Marussi” komandası ilə oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, komandasının 70:82 hesablı ev məğlubiyyətinə belə şərh verib:

“Marussi” yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər. Son turda çempionlar liqasında iştirak edən “Kolossos”u məğlub ediblər. “Norrçöpinq”lə 28, “Spiru” ilə oyunda 38 xal toplayan DeAndre dünən dizində ağrılar hiss etdiyi üçün bu dəfə heyətdə yox idi. Daha öncə Endər zədələnmişdi. Mövcud şəraitdə rotasiya ilə bağlı problemləri nəzərə alsaq, oyunda olan basketbolçularımızın mübarizəsindən razıyam. “Marussi” bizim qrupun favoritidir. Qarşıda bizi daha 4 oyun gözləyir. Məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şanslarımız var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp