“Özümü yaxşı hiss edirəm, amma meydana nə vaxt qayıdacağımı bilmirəm”. Bu sözləri futbolinfo.az saytına “Qarabağ”ın qolkiperi Amin Ramazanov deyib.

Məşqdə aldığı zədə üzündən uzun müddətə sıradan çıxan qapıçı hələ ki, məşqlərə qoşulmur: “Hələ ki,məşqlərə qoşulmuram. Amma inşallah, tezliklə qayıtmaq istəyirəm. Özümü yaxşı hiss edirəm. Təəssüf ki, yenidən meydançaya nə vaxt qayıdacağımı bilmirəm. Tez zamanda qayıtmaq istəyirəm. Lakin indi nəsə demək çətindir”.

Qeyd edək ki, Amin məşq prosesində xəsarət alıb. Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp